Legend Events – sound | satage | light
info@legendevents.az
info@legendevents.az
+994 77 271 17 67

Konfrans və tədbirlərin təşkili

Haqqımızda

Legend Events MMC – peşəkarlıq və yaradıcılığı birləşdirən tədbir təşkilatçılığı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkətimizin təməli 2022-ci ilin may ayında 2003-cü ildən etibarən əldə etdiyimiz zəngin təcrübəyə əsaslanaraq qoyulub. Yarandığı gündən indiyədək dövlət və özəl sektor üçün onlarla uğurlu tədbirə imza atmışıq. Legend Events olaraq tədbirlərin planlanmasından icrasına qədər bütün mərhələlərdə mükəmməllik prinsipinə sadiq qalırıq. Hər bir layihəyə fərdi yanaşma, kreativ baxış və peşəkar icra ilə yanaşaraq, müştərilərimizə yüksək keyfiyyətli və unudulmaz tədbir təcrübəsi təqdim edirik.

Vizyonumuz

Legend Events olaraq tədbir təşkilatçılığı sahəsində yenilikçi yanaşmalarımızla ölkənin və regionun aparıcı tədbir təşkilatçılığı sahəsində özünəməxsus yer tutan şirkətlərdən birinə çevrilməkdir. Biz hər bir tədbiri unudulmaz təcrübə kimi görürük. Texnologiya, yaradıcılıq və peşəkarlığı özündə ehtiva edən, tədbir sənayesində standartları müəyyən edən şirkət olmağı hədəfləyirik.

Missiyamız müştərilərimizin etimadını doğrultmaq, hər bir tədbiri unikal təcrübəyə çevirmək və tədbir təşkilatçılığı sahəsində ölkənin qabaqcıl brendlərindən biri olmaqdır. Legend Events – İdeyalarınızı reallığa çevirən etibarlı tərəfdaşdır

Yeni Məhsul

Gloshine P2.6 indoor flexible

Gloshine P2.6, qapalı məkanlar üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli və elastik LED ekran həllidir. 2.6 mm piksel aralığı sayəsində yüksək görüntü dəqiqliyi təmin edir. Elastik modul quruluşu sayəsində düz, əyri və ya kreativ formalarda asanlıqla quraşdırıla bilər. Yüngül və nazik dizaynı montaj və daşınmanı sadələşdirir. Səhnə dekorasiyaları, sərgilər, TV studiyaları və digər kreativ layihələr üçün ideal seçimdir.

Texniki təchizat

Legend Events rəsmi qurumlar, televiziya, radio, çəkiliş pavilyonları, restoranlar, otellər və bu sahədə fəaliyyət göstərən hər kəs üçün ən yeni və inkişaf etmiş advanlıqlar ilə müxtəlif həllər üsulunu təqdim edir

Video və foto qalareya

+0

Uğurlu müştəri

+0

İlllik təcrübə

%0

Uğurlu müşəri

+0

Komanda

Portfolio